Get Mystery Box with random crypto!

Sən mənə ömürsən,sən mənə bahar, Sən elə bilmə ki,sən sənsən e | Şeirlər aləmi🎶📝

Sən mənə ömürsən,sən mənə bahar,
Sən elə bilmə ki,sən sənsən elə.
Çəmənin çiçəyi nəyimə gərək,
Mənə bənövşəsən,süsənsən elə.

Bir zərif qönçədən dodağın zərif,
Yanağında qoşa ulduz közərib,
Yanında laləyə söylədim tərif,
O vaxtdan inciyib küsənsən elə.

Tələs,harayıma çatmağa tələs,
Tez çatsan,qəm mənə girişə bilməz,
Əs,bahar nəfəslim,ürəyimə əs,
Haçandı bir əsim əsənsən elə.

#MəmmədAslan