Get Mystery Box with random crypto!

Niyə yandım oduna, Niyə də kül olaydım? Kaş sən açmadan öncə, | Şeirlər aləmi🎶📝

Niyə yandım oduna,
Niyə də kül olaydım?
Kaş sən açmadan öncə,
Mən biryolluq solaydım.

Solmaq nədir uğruna,
Göylərə sovrulmuşam.
Yollarına buludtək,
Boşalmışam-dolmuşam.

Kül olmağa nə var ki,
Sevən külə dönər də.
Ümidlə çox gözlədim,
Sevən geri dönər də.

Gözləməkdən gözlərin,
Kökü saraldı, heyif.
Bahar ömrüm qış oldu,
Saçım ağardı, heyif.

Fəda oldum yolunda,
Sən amma ölmədin ki.
Niyə boş ümid verdin?
Sən məni sevmədin ki.

Eh, mənim kor insana,
Yol göstərən ürəyim.
O qədər yol çəkdi ki,
Məhv oldu göz bəbəyim.


#MahirQuliyev