Get Mystery Box with random crypto!

Şeirlər aləmi🎶📝

Logo saluran telegram seiralemii — Şeirlər aləmi🎶📝 Ş
Logo saluran telegram seiralemii — Şeirlər aləmi🎶📝
Alamat saluran: @seiralemii
Kategori: Pendidikan
Bahasa: Bahasa Indonesia
Pelanggan: 4.20K
Deskripsi dari saluran

Məcnuna lağ etməzdin, Leyla sənin olsaydı...
Dünyanı dağıtmışdın, dünya sənin olsaydı...🖤)
http://instagram.com/seirler_alemii

Ratings & Reviews

2.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

0

1 stars

1


Pesan-pesan terbaru

2023-06-07 19:59:01 Ən Keyfiyyətli və Ödənişsiz Elmi, Maarifləndirici, Motivasiya və Texnologiya kanallarını Sizlər üçün bir araya topladıq. Abunə olmaq üçün istədiyinizə toxunun, istək atın, faydalanmağa başlayın.
117 views16:59
Buka / Bagaimana
2023-06-05 12:46:33 Şeirlər aləmi pinned «#MikayılMüşfiq #GünlərdənMüşfiq toxunaraq mərdliyin simvoluna həsr olunmuş bütün postları görə bilərsiniz. Xoş izləmələr...) »
09:46
Buka / Bagaimana
2023-06-05 12:44:54
Azadlıq həsrəti var,
Yenə titrək səsində.
Neçə quş dustaq qalıb,
Köksünün qəfəsində.

Burda yurd salma, gülüm,
Bura vətən yeridir.
Üfüqə gedənlərin,
Gözdən itən yeridir...

#VaqifSəmədoğlu

Bu gün həm də görkəmli şair Vaqif Səmədoğlunun doğum günüdür.
594 viewsedited  09:44
Buka / Bagaimana
2023-06-05 12:39:46 Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.

Ana, ana!... Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var.

Başqa aləm yaşamadım böylə gözəl biçimdə,
Onu kimsə gözəlliyin cilvəsində yaratmış;
Ana, ana... çiçəkli bir fidandır ki, içimdə
Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış.

O fidanı bəzi faqıt istiyorum çəkərək,
Qoparayım ürəyimdən, fəqət onda varlığım
Sızıldarkən, sanki bir səs qopub incə və titrək
Bir lisanla söylüyor ki: - Mənə dəymə, yazığım!

Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım,
Söylədiyin sözlər ki var beşiyinin üstündə
Oxuduğum türkülərin kölgəsidir, övladım!
Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.

Nə doğru söz yazıqlar ki, görməmişəm onu mən,
Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı
Baban kimi soyuq əllər qucağına çəkərkən,
Yalnız acı fəğanların titrədirdi hər yanı.

İndi mənə hər kəs: - Anan, baban varmı? - söyləsə,
Diyorum ki, - qapılmadan bir xülyaya, bir hissə-
Olan olmuş, keçən keçmiş, indi məni yaşadan
Bir müqəddəs, bir səmimi əməlim var, tapdığım.

İnandığım bir qiblə var, o da hər gün, hər zaman
Yorulmayan qollarımla, düşünərək yapdığım
Bir aləmdir, bir aləm ki, səmaları qıpqızıl,
Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl!


#MikayılMüşfiq

P.s Anasını vaxtsız itirən şairin iztirab dolu misraları silsiləsi...
Şairimizi unutmayaq ki, unutdurmayaq!
569 viewsedited  09:39
Buka / Bagaimana
2023-06-05 12:00:44
Bu gün yazdığı romantik şeirlərinin sayı bir qocanın belə, bəlkə də, bir ömürdə yaza bilməyəcəyi qədər çox olan, yazdığı misraları ilə qəlbin incə tellərini riqqətə gətirən, şeirləri ilə milyonların qəlbini fəth edən Mikayıl Müşfiqin doğum günüdür. Şübhəsizdir ki, məsələ təkcə əsərlərin sayında deyil. Hər biri şedevr hesab olunmağa layiq bu əsərlərin hər misrası, hər bəndi həyatdan nakam köçmüş Müşfiqin özü ilə oxucusu arasında yaratdığı əbədi mənəvi körpüdən xəbər verir. Bu gün isə biz doğum günü anlayışını sadəcə qəlblərimizdəki Müşfiqi ziyarət edib paylaşmaqla məhdudlaşırıq, çox təəssüf ki...

Yazmaram ürəyim sizi anmasa,
Sizin eşqinizlə alovlanmasa.
El kəsib qarşımı burdaca sordu:
Gözdən yaş çıxarmı ürək yanmasa?


#MikayılMüşfiq
565 views09:00
Buka / Bagaimana
2023-06-04 08:58:11 Bilsəydim, çoxdan gedərdim.
Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar...
Deyirdin, qiymətli olur ara-sıra, qəfil gəlib,
qəfil gedən qonaqlar.
Sözünü yerə salmadım,
səssiz olur, əziz olur sözə baxan uşaqlar.
Mən də getdim, elə getdim...
Barmağımın uclarında hələ də küt ağrı var.
Səs etmədən, ayrılıqdan söz etmədən, gurultusuz:
Qırıb-töküb yox etmədən,
nəyim var ki, o komada mənim səndən başqa onsuz...
Uşaqlardan söz açmışkən, sən mənimlə çox oynadın...
Gah oynatdın, gah da atdın...
Daha sənlə oynamıram.
Oyun bitib, mən getmişəm.
Mən gedəndə yuxudaydın, oyatmadım...
Oyananda ağlamısan,
Oyuncağı axtarmısan...
Sinəmdədir, gizləmişəm,
Mən hamıdan, mən hər şeydən gizlənmişəm...
Bilsəm elə, ən birinci elə səndən gizlənərdim.
Bilsəydim, çoxdan gedərdim.
Ən azından bilərdim ki, məni gəzən,
Mənim üçün qəribsəyən bir uşaq var...
Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar...
Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar!

#GünelBalakişi
812 views05:58
Buka / Bagaimana
2023-05-30 14:52:32 Bu gün, yəni 30 may Mirzə Ələkbər Sabirin doğum günüdür. Ələkbər Tahirzadə 1862-ci ildə qədim mədəniyyət beşiyi olan Şamaxıda dünyaya göz açmışdır.
Bu gün Sabirin yaradıcılığı haqqında geniş məlumat verməyəcəm, amma onun "Hop-hopnamə"si ilə bağlı maraqlı bir faktı bölüşmək istəyirəm. Sabirin "Harda müsəlman görürəm, qorxuram" adlı satirasını, yəqin ki, eşidibsiniz. Bildiyimiz kimi şair 1911-ci ildə qaraciyər xəstəliyindən dünyasını dəyişir.
Professor Şirməmməd Hüseynov qeyd edirdi ki, 1911-ci ildə Mirzə Ələkbər Sabir ölür. Abbas Səhhət istəyir ki, onun şeirlərini bir yerə yığıb kitab çap etdirsin, çünki Sabir yazırdı, amma kitabı çap olunmamışdı. Heç öz kitabını görmədi də. Abbas Səhhət qəzetlərdə elan verir ki, "ay camaat, gəlin yardım edin Mirzə Ələkbər Sabirin kitabını çap etdirək". Cəmi 26 rubl pul yığılır. Onun 5 rublunu Nəcəf bəy Vəzirovun qızı göndərir, qalanını da Sabirin şagirdləri 3 qəpik, 5 qəpik yığıb göndərirlər.
Həmin ilin yayında azərbaycanlı qadınları ilə erməni qadınları Dilicanda istirahət edirlərmiş. Necə olursa erməni qadınları Sabirin kitabıyla bağlı elana rast gəlir, qərara gəlirlər ki, yardım etsinlər. Bilirsiz niyə? Çünki Sabirin "Qorxuram" adlı şeirindəki "harda müsəlman görürəm, qorxuram" misrası onların çox xoşuna gəlirdi...
Bir yığıncaq təşkil edirlər, həmin yığıncaqda yığılan bütün pulları da göndərirlər kitabın çapı üçün. Beləcə, Mirzə Ələkbər Sabirin "Hop-Hopnamə" adlı ilk kitabı çap olunur və üstəlik kitabın ilk nəşrinin ön sözündə də kitabın kimlərin puluyla çap olunduğu qeyd olunur.

Gah şəfəq tək düşürəm dağlara,
Yanğılı vulkan görürəm, qorxmuram.

Gah enirəm sayə tək ormanlara,
Yırtıcı heyvan görürəm, qorxmuram.

Üz qoyuram gah neyistanlara, --
Bir sürü aslan görürəm, qorxmuram.

Məqbərəlikdə edirəm gah məkan,
Qəbirdə xortdan görürəm, qorxmuram.

Mənzil olur gah mənə viranələr,
Cin görürəm, can görürəm, qorxmuram.

Xarici mülkündə də hətta gəzib
Çox tuhaf insan görürəm, qorxmuram.

Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram.


#MirzəƏləkbərSabir
1.6K views11:52
Buka / Bagaimana
2023-05-30 14:52:08
1.4K views11:52
Buka / Bagaimana
2023-05-28 19:58:01 Dünya da qurulur bu arzulardan...
Ümman da yaranır bir çox sulardan...
Odur ki, daima zaman və məkan,
Sıxır məngənətək ürəyimizi,
Yoxdur təbiətdə sonsuz azadlıq,
Rüzgar neçə səmtə aparır bizi.
Nə mütləq qüssə var, nə mütləq şadlıq.
..
1.6K views16:58
Buka / Bagaimana
2023-05-25 18:59:04 Burda bekarçılıqdı,
Oturub kresloda,
Darağıma dolaşmış,
Saçlarını yoluram.
Orda işlər necədi?
Özümdən nigaranam,
Bir yaz görüm necəyəm?
Necə yaddan çıxıram?
Necə unuduluram?

#AqşinYenisey
2.1K views15:59
Buka / Bagaimana