Get Mystery Box with random crypto!

Ya Rəbb! Məni öz başıma buraxsam, həlak olacam. Ya Rəbb! Günah | Kerbela Sultani

Ya Rəbb! Məni öz başıma buraxsam, həlak olacam. Ya Rəbb! Günahlarımı dəf etməsən, kimə üz tutacam? Qəbirdə Sənin himayəndən məhrum olsam, kimə pənah aparacam? Qəm-qüssəmi dağıtmasan, kimə tərəf qaçacam? Mənim Mövlam! Səndən başqa kimim var? Səndən başqa kim mənə rəhm edəcək? Ehtiyaclı vaxtımda Sənin fəzlindən məhrum olsam, gözümü kimin fəzlinə dikəcəm? Əcəlim çatanda günahlarımın əlindən kimin yanına qaçacam? Ey mənim Mövlam! Sənə ümid edirəm deyə, cəza vermə mənə. İlahi! Ümidimi doğrult və qorxudan amanda saxla ki, həqiqətən, saysız-hesabsız günahlar içində Sənin əfvindən başqa heç nəyə bel bağlamıram.  Mənim Mövlam! Səndən layiq olmadığım bir şey istəyirəm. Amma Sən günahlardan keçən, bağışlayansan! Odur ki, məni bağışla və pisliklərimi örtən bir libasa bürü. Pisliklərimi elə bağışla ki,  onlara görə sorğu-sual olunmayım. Həqiqətən Sən sonsuz lütf, əzəmətli əfv və səxavətli güzəşt sahibisən! 

Ramazan ayının səhərləri oxunan "Əbu Həmzə Sumali" duasından