Get Mystery Box with random crypto!

Kerbela Sultani

Logo saluran telegram kerbelasultani — Kerbela Sultani K
Logo saluran telegram kerbelasultani — Kerbela Sultani
Alamat saluran: @kerbelasultani
Kategori: Tidak terkategori
Bahasa: Bahasa Indonesia
Pelanggan: 286
Deskripsi dari saluran

"Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar!" ("Rəd" surəsi, ayə 28 )

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


Pesan-pesan terbaru

2023-04-27 14:34:12 Hz. Peyğəmbər (s) buyurmuşdur :
" Həqiqətən Allah sizin nə cəsədlərinizə, nədə ki, surətlərinizə baxmaz ,qəlblərinizə və əməllərinizə baxar. "

@kerbelasultani
56 views11:34
Buka / Bagaimana
2023-04-21 20:11:55
120 views17:11
Buka / Bagaimana
2023-04-21 18:12:03
Əlvida, ey gəlmədən intizarı, getmədən qəmi çəkilən ay!
125 views15:12
Buka / Bagaimana
2023-04-20 16:20:07 Ramazan ayı ilə vida duası

Cabir ibn Abdullah Ənsari (rə) deyir ki, mübarək Ramazan ayının son cüməsində Peyğəmbərin (s) hüzuruna yetişdim, Həzrət məni görən kimi belə buyurdu: Ey Cabir bu gün Ramazan ayının son cüməsidir, onunla vidalaş və belə de:

اللّهُمَّ لا تَجعَلهُ آخِرَ العَهدِ مِن صِيامِنا إيّاهُ ، فَإِن جَعَلتَهُ فَاجعَلني مَرحوماً ، ولا تَجعَلني مَحروماً . فَإِنَّهُ مَن قالَ ذلِكَ ظَفِرَ بِإِحدَى الحُسنَيَينِ ، إمّا بِبُلوغِ شَهرِ رَمَضانَ وإمّا بِغُفرانِ اللّهِ ورَحمَتِهِ

“İlahi, bu ayı bizim son Ramazan orucumuz qərar vermə! Əgər belə (sonuncu Ramazanımız) müqəddər etmisənsə, onda məni rəhmətinə şamil olanlardan qərar ver, rəhmətindən məhrum olanlardan yox!”
Həqiqətən, kim bu duanı etsə, iki xeyirdən birinə nail olar: ya növbəti Ramazan ayına yetişər, ya da Allahın məğfirət və rəhməti ona nəsib olar.

“Fəzailu əşhuris-səlasə”, səh.139
152 views13:20
Buka / Bagaimana
2023-04-20 03:24:23
150 views00:24
Buka / Bagaimana
2023-04-20 03:24:11 Ya Rəbb! Məni öz başıma buraxsam, həlak olacam. Ya Rəbb! Günahlarımı dəf etməsən, kimə üz tutacam? Qəbirdə Sənin himayəndən məhrum olsam, kimə pənah aparacam? Qəm-qüssəmi dağıtmasan, kimə tərəf qaçacam? Mənim Mövlam! Səndən başqa kimim var? Səndən başqa kim mənə rəhm edəcək? Ehtiyaclı vaxtımda Sənin fəzlindən məhrum olsam, gözümü kimin fəzlinə dikəcəm? Əcəlim çatanda günahlarımın əlindən kimin yanına qaçacam? Ey mənim Mövlam! Sənə ümid edirəm deyə, cəza vermə mənə. İlahi! Ümidimi doğrult və qorxudan amanda saxla ki, həqiqətən, saysız-hesabsız günahlar içində Sənin əfvindən başqa heç nəyə bel bağlamıram.  Mənim Mövlam! Səndən layiq olmadığım bir şey istəyirəm. Amma Sən günahlardan keçən, bağışlayansan! Odur ki, məni bağışla və pisliklərimi örtən bir libasa bürü. Pisliklərimi elə bağışla ki,  onlara görə sorğu-sual olunmayım. Həqiqətən Sən sonsuz lütf, əzəmətli əfv və səxavətli güzəşt sahibisən! 

Ramazan ayının səhərləri oxunan "Əbu Həmzə Sumali" duasından
129 views00:24
Buka / Bagaimana
2023-04-18 04:46:09
145 views01:46
Buka / Bagaimana
2023-04-17 03:19:26
152 views00:19
Buka / Bagaimana
2023-04-16 17:51:02 Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq.

Əraf surəsi, 96
126 views14:51
Buka / Bagaimana
2023-04-16 04:16:34 Ya Rəbb! Mənə bir bax: Sənə sığınan, kərəminə ümidlənən və xeyir-bərəkətinə öyrəşən birisiyəm. Sən isə bağışlamaqdan əl çəkməyən səxavət sahibisən. Nə fəzlin əksilər, nə də rəhmətin azalar. Odur ki, biz də Sənin daimi əfvinə, böyük fəzlinə və hədsiz rəhmətinə göz dikmişik.Ya Rəbb, heç bizimlə ümid və gözləntilərimizə zidd davarana bilərsən? Əsla, ey Kərim! Sənin barəndə nə belə bir zəndəyik, nə də belə bir gözləntidə! Ya Rəbb! Həqiqətən, Sənə olan ümidlərimiz sonsuzdur, çoxdur. Həqiqətən, Səndən olan gözləntilərimiz  böyükdür. Sənə günah etdik, amma ümid edirik ki, günahlarımızı gizlədəcəksən. Səni çağırırıq, ona görə ümid edirik ki, bizə cavab verəcəksən. Sən də ümidlərimizi doğrult, ya Mövla! Əməllərimizə görə nəyə layiq olduğumuzu bilirik. Amma Sən bizi tanıdığın kimi, biz də Səni tanıyırıq - Sənin rəhmətinə layiq olmamışıqsa belə, bizi yanından qovmazsan. Çünki, Sən Öz geniş fəzlinlə bizə də, günahkarlara da qarşı çox səxavətlə davranırsan. Elə isə, bizə Öz adına layiq lütf et! Bizə bol-bol inayət et, axı Sənin inayətinə möhtacıq.
 Ey əfvi sonsuz! Bizi yönəldən Sənin nurundur, ehtiyacsız edən Sənin fəzlindir, güzaranımızı təmin edən Sənin nemətlərindir. Günahlarımız da göz qabağında. Bu günahlardan peşiman halda Sənə üz tuturuq. Sən bizi nemətlə qarşılayıb sevgini göstərirsən, biz isə Sənə günahla cavab veririk. Səndən bizə xeyir gəlir, bizdən Sənə pislik göndərilir. Sən həmişə qəbahətli əməllərimizlə qapısına gəldiyimiz kərim sultan olmusan, həmişə belə də olacaqsan. Sənə heçnə mane olmur ki, bizi öz nemətlərinlə bürüyəsən, artıqlaması ilə bəxşişlər verəsən. Necə də gözəlsən, İlahi! Necə də mehribansan! Necə də əzəmətlisən!

Ramazan ayının səhərləri oxunan "Əbu Həmzə Sumali" duasından
127 views01:16
Buka / Bagaimana