Get Mystery Box with random crypto!

Şəbəkə

Logo saluran telegram shebeke — Şəbəkə Ş
Logo saluran telegram shebeke — Şəbəkə
Alamat saluran: @shebeke
Kategori: Berita
Bahasa: Bahasa Indonesia
Pelanggan: 14.78K
Deskripsi dari saluran

📳 Reklam təklifləri qəbul olunur.
Əlaqə: @bot_shebeke

Ratings & Reviews

3.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

2

3 stars

0

2 stars

0

1 stars

1


Pesan-pesan terbaru 8

2023-05-24 14:18:48
Milli futbolçumuz Emin Mahmudov karyerasını Cənubi Koreyanın "Daejoon Sitizen" klubunda davam etdirəcək. Mahmudov "Neftçi"nin təklifinə "yox" deyib. Ağ-qaralar kapitana illik 350.000 dollarlıq müqavilə təklif etsələr də, Asiyada Eminin qazancı daha çox olacaq. Belə ki, "Daejoon Sitizen"da futbolçu ilinə 750.000 dollar qazanacaq.

Müqavilə müddəti 2,5 il təşkil edəcək.

football.az
2.9K viewsedited  11:18
Buka / Bagaimana
2023-05-24 14:12:16
Azərbaycanda 845 qramlıq körpə doğulub.
2.8K views11:12
Buka / Bagaimana
2023-05-24 13:34:15
Oğuzda avtomobili geriyə idarə edən sürücü piyadanı vuru
2.8K views10:34
Buka / Bagaimana
2023-05-24 13:30:43
Türkiyənin məşhur "Babala tv" youtube kanalında qonaq olan Kamal Kılıçdaroğluna verilən suallar arasında Azərbaycanla bağlı sual da diqqət çəkib.

Verilişin bütöv şəkildə bu gün yayımlanacağı bildirilir.
3.0K views10:30
Buka / Bagaimana
2023-05-24 12:19:23 Azərbaycan Ordusunun əsgəri faciəli şəkildə ölüb. 20 yaşlı hərbi qulluqçu Məmmədli Davud Fuad oğlu xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib.
2.9K views09:19
Buka / Bagaimana
2023-05-24 10:12:22
"Tərtər işi" üzrə davam edən sonuncu məhkəmə prosesində zərərçəkmiş şəxslər həmin vaxt Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkov və daha bir neçə yüksək rütbəli şəxsin məhkəmədə şahid qismində dindirilməsi ilə bağlı da vəsatət qaldırıb.

Vəsatət baxılmamış saxlanılıb.

İş üzrə baxış iclası iyunun 7-nə təyin olunub.
4.1K views07:12
Buka / Bagaimana
2023-05-24 10:07:42 MN: Azərbaycan ordusunun mühəndis-istehkam hissələrinin işğaldan azad edilmiş ərazilərdəki fəaliyyəti nəticəsində bu ilin may ayında 600 hektara qədər ərazi minalardan tamamilə təmizlənib.
3.0K views07:07
Buka / Bagaimana
2023-05-24 08:59:59
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (“International Fair Play Committee” - CIFP) Şurası tərəfindən 2022-ci ildə idman dünyasında və ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərinin tanınmasına görə “Jean Borotra - Karyera” kateqoriyasında Dünya Feyr-pley Diplomuna layiq görülüb.

Bu mükafat ona 2022-ci ilin 24 fevralında UEFA Konfrans Liqasının 1/16 final mərhələsində “Marsel”lə matçda dünyaya səs salan ədalətli jestinə görə verilib.

Qeyd edək ki, Qurbanova bu mükafat Azərbaycan idman Jurnalistləri Assosiasiyasının təqdimatı əsasında verilib.

Xatırladaq ki, “Marsel”lə sözügedən oyunda “Qarabağ”ın futbolçusu İbrahima Vadji fərqlənsə də, Qurban Qurbanov müdaxilə edərək qolun əllə vurulduğunu bildirib. Bundan sonra hakimlər qolu ləğv ediblər.

t.me/isayevios
2.9K views05:59
Buka / Bagaimana
2023-05-24 08:41:01
Ukrayna hərbçilərinin ABŞ istehsalı M1A1 Abrams tankları üzərində təlimi yaxın günlərdə başlayacaq. Bu barədə Pentaqon rəsmisi Pet Reyder "Amerikanın səsi"nə açıqlamasında bildirib. Təlimə təxminən 250 hərbçi cəlb olunacaq. Təlimlər Almaniyada keçiriləcək və 10 həftə çəkəcək.
2.9K views05:41
Buka / Bagaimana
2023-05-24 08:35:23 Mayın 21-də paytaxtın Nizami rayonu, Naxçıvanski küçəsində yaşayan 2005-ci il təvəllüdlü Osmanova Səriyyə Rəşid qızı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.
6.8K views05:35
Buka / Bagaimana