Get Mystery Box with random crypto!

Sən ey valideyn, hər şeyin ən gözəlinə yönləndirməyə çalışdığı | Sən Xatırlat

Sən ey valideyn, hər şeyin ən gözəlinə yönləndirməyə çalışdığın övladını Qurana yönəlt! Quranı onun həyatına, məşğuliyyətləri arasına daxil et! Quransız bir gününün keçməməsi üzərə onu tərbiyə et! Ona Quranı elə sevdir ki, Qurandan uzaq düşdüyü zaman Quran üçün darıxsın. Quran oxuduğu zaman Rəbbinin Kəlamını oxumaq şərəfini hiss etsin! Bil ki, bu ümmətin hər bir fərdi Qurana sarıldığı müddətdə, Quran onun yoldaşı, qəlbinin baharı olduğu müddətdə bu ümmət daima xeyir içərisində olacaqdır. Bil ki, ona verə biləcəyin ən böyük sərvətlərdən biri Rəbbinin Kəlamıdır.