Get Mystery Box with random crypto!

Sən Xatırlat

Logo saluran telegram senxatirlat — Sən Xatırlat S
Logo saluran telegram senxatirlat — Sən Xatırlat
Alamat saluran: @senxatirlat
Kategori: Agama
Bahasa: Bahasa Indonesia
Pelanggan: 2.28K
Deskripsi dari saluran

www.senxatirlat.com | «Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.» - əz-Zəriyət 55

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


Pesan-pesan terbaru

2023-05-06 21:26:43 ONLARIN SEVİNCİ NƏYƏ GÖRƏ İDİ, SƏNİN SEVİNCİN NƏYƏ GÖRƏDİR?

ONLARIN MƏQSƏDLƏRİ NECƏ DƏ UCA İDİ....

Ənəs bin Məlik(radıyəllahu ənhu) Peyğəmbərin (salləllahu aleyhi va səlləm) Ubey bin Kə'bə belə dediyini rəvayət edir: "Həqiqətən də Allah mənə sənə Quran oxumağımı əmr etdi."

O dedi: "Allah sənə mənim adımı çəkdimi?"

Peyğəmbər (salləllahu aleyhi va səlləm) dedi: "Bəli"

O dedi: "Mən Aləmlərin Rəbbi yanında yad edildim?"

Peyğəmbər (salləllahu aleyhi va səlləm) dedi: "Bəli"

Bunu eşitdikdən sonra onun gözləri doldu...

(Buxari, 4961)
__

Telegram kanalına daxil olmaq üçün:
https://telegram.me/senxatirlat

Instagram səhifəmiz:
https://instagram.com/senxatirlat
834 views18:26
Buka / Bagaimana
2023-05-03 17:03:59
Sən ey valideyn, hər şeyin ən gözəlinə yönləndirməyə çalışdığın övladını Qurana yönəlt! Quranı onun həyatına, məşğuliyyətləri arasına daxil et! Quransız bir gününün keçməməsi üzərə onu tərbiyə et! Ona Quranı elə sevdir ki, Qurandan uzaq düşdüyü zaman Quran üçün darıxsın. Quran oxuduğu zaman Rəbbinin Kəlamını oxumaq şərəfini hiss etsin! Bil ki, bu ümmətin hər bir fərdi Qurana sarıldığı müddətdə, Quran onun yoldaşı, qəlbinin baharı olduğu müddətdə bu ümmət daima xeyir içərisində olacaqdır. Bil ki, ona verə biləcəyin ən böyük sərvətlərdən biri Rəbbinin Kəlamıdır.
1.9K views14:03
Buka / Bagaimana
2023-05-02 10:33:01 Şeyx İbn Useymin (rahiməhullah) buyurur:

"Bunun əlaməti odur ki, insan Allah Rəsulunun (salləllahu aleyhi va səlləm) əmrini öz nəfsininin ona əmr etdiklərindən önə çəksin. Bu, insanın Allah Rəsulunu öz nəfsindən də çox sevməsinə dəlalət edən ən böyük amildir. Yəni əgər Peyğəmbər sənə bir şeyi əmr etdiyi zaman nəfsin onu etmək istəmədikdə və ya bir şeyi qadağan etdiyi zaman nəfsin həmin şeyi etmək istədikdə əgər sən nəfsinə müxalif olursansa, bu o deməkdir ki, Allah Rəsulu (salləllahu aleyhi va səlləm) sənə öz nəfsindən də daha sevimlidir. Çünki əgər belə olmasaydı sən Allah Rəsulunun əmrini buraxıb, nəfsinin istəyinə tabe olardın."

("ət-Tə'liq alə Sahihil Buxari", 1/73)
844 views07:33
Buka / Bagaimana
2023-05-02 10:33:01 Cavab:
794 views07:33
Buka / Bagaimana
2023-05-02 10:33:01 Sual:

İnsan hardan bilə bilər ki, Peyğəmbəri (salləllahu aleyhi va səlləm) öz nəfsindən də çox sevir?
790 views07:33
Buka / Bagaimana
2023-05-02 10:33:01 Ömər (radıyəllahu ənhu) Peyğəmbərə (salləllahu aleyhi va səlləm) "Sən mənim üçün hər şeydən daha sevimlisən, yalnız öz nəfsimdən başqa." dediyi zaman, o, ona belə cavab verir:

"Xeyr, nəfsim əlində olana and olsun ki, mən sənə öz nəfsindən də sevimli olmadıqca (kamil iman gətirmiş olmazsan)."

Bu zaman Ömər (radıyəllahu ənhu) belə deyir: "O zaman Allaha and olsun ki, indi sən mənə öz nəfsimdən də sevimlisən."

Peyğəmbər (salləllahu aleyhi va səlləm) isə belə cavab verdi: "İndi Ey Ömər! (yəni indi kamil iman gətirmiş oldun)."

(Buxari, 6632)
759 views07:33
Buka / Bagaimana
2023-05-02 10:33:01 Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur:

"Sizdən biriniz məni atasından, övladından və bütün insanlardan çox sevmədikcə (kamil) iman gətirmiş olmaz."

(Buxari, 15)
630 views07:33
Buka / Bagaimana
2023-05-02 04:34:22
661 views01:34
Buka / Bagaimana
2023-05-01 23:55:02 "Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin...." (əl-Ə'raf, 180)

İbnul Qayyim (rahiməhullah) buyurur:

"Uca Allahı "əl-Həyy" və "əl-Qayyum" adlarının dualardasıxıntıların qalxmasında xüsusi təsiri vardır."

("Zədul Mə'əd", 4/294)
__

Telegram kanalına daxil olmaq üçün:
https://telegram.me/senxatirlat

Instagram səhifəmiz:
https://instagram.com/senxatirlat
681 viewsedited  20:55
Buka / Bagaimana
2023-05-01 21:33:01 DAĞLAR QƏDƏR BORCU OLAN BELƏ BU DUANI ETSƏ, ALLAH ONUN BORCUNU ÖDƏYƏR

اللَّهمَّ اكْفِني بحلالِكَ عَن حَرَامِكَ، وَاغْنِني بِفَضلِكَ عَمَّن سِوَاكَ

[Allahumməkfini bi hələəlikə 'ən həraamikə va əğnini bi fədlikə 'əmmən sivəək]

"Allahım! Məni Öz halalınla kifayətləndirib, haramına möhtac etmə! Məni Öz lütfünlə Özündən başqasına möhtac etmə!"

(Şeyx Albani "əs-Silsilətus Sahihəh", 266)
__

Telegram kanalına da
xil olmaq üçün:
https://telegram.me/senxatirlat

Instagram səhifəmiz:
https://instagram.com/senxatirlat
695 viewsedited  18:33
Buka / Bagaimana