Get Mystery Box with random crypto!

Fudeyl bin İyyad (Allah ona rəhmət etsin) demişdir: Səbr etmə | 𝐒𝐢𝐫𝐚𝐭𝐚𝐥 𝐌𝐮𝐬𝐭𝐚𝐪𝐢𝐦

Fudeyl bin İyyad (Allah ona rəhmət etsin) demişdir:

Səbr etməyi kiçik bir uşaqdan öyrəndim. Bir gün məscidə gedəndə, bir qadının evində oğlunu döydüyünü  gördüm və uşaq ağlayırdı. Evin qapısı açıldı və uşaq çölə qaçdı. Qapı isə onun arxasıyca bağlandı.

Sonra deyir:  Geri qayıdarkən gördüm ki, uşaq biraz ağlayıb anasının qapını açmasını umaraq qapının önündə yatdı. Anasının qəlbi yumşaldı və qapını onun üçün açdı.

Fudeyl ağlamağa başladı .Hətta saqqalı göz yaşları ilə islandı. Dedi: SubhənAllah, əgər qul Allahın qapısında səbr edərsə mütləq qapı onun üçün açılar!.




İbn Covzi (Allah ona rəhmət etsin ) demişdir:

"Əgər Sənin Mövlan (sahibin) səni öz qapısından qovubsa , hansı qapıya geri dönəcəksən? Hansı yola gedəcək və hansı yönə üz tutacaqsan?  Elə isə öz Sahibinin qapısı önündə davamlı ol. Ümid olunur ki, sənin dönüşün öz səmərəsini versin".

[Bəhrəl dumu, 1/54]

https://t.me/siratal_mustagim