Get Mystery Box with random crypto!

Əbu Hureyra (Allah ondan razı olsun) belə rəvayət edir: 'Mən | 𝐒𝐢𝐫𝐚𝐭𝐚𝐥 𝐌𝐮𝐬𝐭𝐚𝐪𝐢𝐦

Əbu Hureyra (Allah ondan razı olsun) belə rəvayət edir:

"Mən müşrik olan anamı İslama dəvət edirdim. Bir gün yenə onu dəvət etdikdə Allah Elçisi (ﷺ) haqqında nalayiq sözlər dedi. Mən ağlaya-ağlaya Allah Elçisinin (ﷺ) yanına gəlib dedim: "Ey Allahın Elçisi! Mən anamı İslama dəvət edirdim. O, bunu inkar edib sənin haqqında nalayiq sözlər dedi. Allaha dua et ki, Əbu Hureyranın anasına hidayət versin!.
Allahı Elçisi (ﷺ) dedi: "Allahım, Əbu Hureyranın anasına hidayət ver!
Mən Allah Elçisinin (ﷺ) duasından sonra sevincək evə qayıtdım. Qapıya çatdıqda anamın ayaq səslərini eşitdim. O, mənə yerimdə durmağı əmr etdi. Sonra çimib (qüsl edib) paltarını geyindi, qapını açıb mənə dedi: "Ey Əbu Hureyra! Şəhadət verirəm ki, Allahdan başqa (ibadətə layiq olan ) məbud yoxdur və Muhəmməd Onun qulu və elçisidir". Mən sevincimdən ağlaya-ağlaya Allah Elçisinin (ﷺ) yanına gəlib ona dedim: "Ey Allahın Elçisi! Gözün aydın, Allah sənin duanı qəbul etdi və Əbu Hureyranın anasına hidayət verdi.
Allah Elçisi (ﷺ) Allaha həmd və tərif etdi, yaxşı dedi.
Sonra dedim: "Ey Allahın Elçisi (ﷺ) Allaha dua et ki, məni və anamı mömin qullarına sevdirsin və onlarıda bizə sevdirsin".
Allah Elçisi ‎(ﷺ) dedi:
"Allahım, bu kiçik qulunu (Əbu Hureyra) və anasını mömin qullarına sevdir, möminləridə onlara sevdir".

Əbu Hureyra (Allah ondan razı olsun) dedi: "Mənim haqqımda eşidən və ya məni görən elə bir mömin yaradılmayıb ki, məni sevməsin".

[Muslim, 2491] . 

http://t.me/siratal_mustagim