Get Mystery Box with random crypto!

Elxan Badkubei

Logo saluran telegram elxanbadkubei — Elxan Badkubei E
Logo saluran telegram elxanbadkubei — Elxan Badkubei
Alamat saluran: @elxanbadkubei
Kategori: Tidak terkategori
Bahasa: Bahasa Indonesia
Pelanggan: 457
Deskripsi dari saluran

ᴋᴀɴᴀʟᴀ üᴢᴠ ᴏʟᴍᴀğɪ ᴠə ᴘᴀʏʟᴀşᴍᴀʟᴀʀɪɴɪ ʏᴀʏᴍᴀğɪ ᴜɴᴜᴛᴍᴀʏᴀǫ.

@Badkubei14

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

2


Pesan-pesan terbaru

2023-05-19 19:13:38 https://t.me/badkubei_114
152 views16:13
Buka / Bagaimana
2023-04-13 13:24:36 Ananın razılığı.
Allahın Rəsulu(s) can verən bir cavanın yatağının kənarında idi. Peyğəmbər(s) o cavana "Lə İlahə illallah" kəliməsini təlqin etdi. Cavan nə qədər çalışsa da dili bu sözləri deməyi bacarmadı. O cavanın yatağının kənarında bir qadın var idi. Peyğəmbər(s) ondan soruşdu: Bu cavanın anası vardırmı? Qadın cavab verdi: Bəli! Mən onun anasıyam. Peyğəmbər(s) soruşdu: Sən bu cavandan narazısan? Dedi: Bəli! Düz altı ildir ki, onunla danışmır və ona qəzəbliyəm. Peyğəmbər(s) buyurdu: Onun təqsrindən keç. Qadın dedi: Allah onun təqsirindən sizin şad olmağınıza xatir keçsin Ey Allahın Rəsulu(s).
Sonra Həzrət Peyğəmbər(s) cavana həmən kəliməni təlqin etdi. Cavan həmən "Lə İlahə illallah" kəliməsini dedi. Həzrət ondan soruşdu: Nə görürsən? dedi Yanımda bəd qiyafəli bir kişi görürəm ki, əynində pis qoxulu çirkin bir libas var, boğazımdan tutub. Həzrət(s) buyurdu denən:
"Ey O Allah ki, azı qəbul edər və günahlardan keçər, azı məndən qəbul et və çox olan təqsirlərimi bağışla! Sən bağışlayan və mehriban Allahsan." Cavan da bu sözləri təkrarladı. Peyğəmbər(s) indi bax gör nə görürsən deyə soruşdu. İndi xoş qiyafəli və ətirli nurani bir kişi görürəm ki, əynində ağ libas vardır. Mənim kənarımdadır, və o bəd qiyafəli kişi məndən uzaqlaşmaqdadır.Peyğəmbər(s) buyurdu: Yenidən o duanı oxu. Cavan ikinci dəfə o duanı oxudu. Peyğəmbər(s) soruşdu: Nə görürsən? Dedi: Artıq o qara kişini görmürəm, amma həmən o nurani kişini görürəm ki, mənim yanımdadır. Bu cümləni deyib cavan dünyasını dəyişdi.
Biharul-Ənvar.
@ElxanBadkubei
541 viewsedited  10:24
Buka / Bagaimana
2023-04-09 04:21:24
596 views01:21
Buka / Bagaimana
2023-04-09 04:20:06
529 views01:20
Buka / Bagaimana
2023-04-08 22:33:25 İmam Əlin(s)in dünyaya rəğbətsizliyi.
Zazan nəql edir ki, mən İmam Əli(s)ın qulamı Qəmbər(r) ilə Əmirəlmumininin məhzərinə daxil olduqda Qənbər(r) dedi:
Ey Əmirəlmuminin, sizin üçün bir şey tədarük etmişəm! Həzrət buyurdu:
O nədir? Qənbər(r) ərz elədi ki, gətirdiyi şey, bir miqdar qızıl və gümüş qablardır. Çünki Sizin bütün qənimətiləri bölüşdürdüyünüzü və özünüz üçün bir şey götürmədiyinizi gördüm,mən bu qabları sizin üçün tədarük etmişəm.
Həzrət Əli(s) qılıncını çəkib Qəmbər(r)ə buyurdu:
Vay olsun sənə! Xoşlayırsan evimə atəş gətirəsən! Evimi yandırmaq istəyirsən? Sonra o qabları hissələrə ayırıb , qəbilə nümayəndələrini çağırmağı tələb etdi. O qabları onlara verdi ki, camaat arasında ədalətlə bölsünlər.
Biharul-Ənvar
@ElxanBadkubei
352 viewsedited  19:33
Buka / Bagaimana
2023-04-08 11:47:49 Əbu Həmzə duasından-17
اللهم إني أجد سبل المطالب إليك مشرعة و مناهل الرجاء إليك مترعة.
Allah(c)ım, həqiqətən mən Sənə istək yollarının açıq olduğunu və ümid göz yaşlarının Sənə tərəf qapı olduğunu tapdım.
Biz bəndələr nə qədər tərbiyəsizlik edib, Allah(c)ı saymamazlıq göstərməyimizə baxmayaraq, O, özünə tərəf istəklərimizin yollarını açıq qoyur, çünki bizim Ona yalnız ehtiyaclı olmağımızı və Ondan başqa heç bir varlığın bu ehtiyacı ödəyə bilmədiyini bilir. Ümidləri canlı saxlamaq isə həyatı canlı tutmaqdır. Hər ümid yeni həyata bir açılan qayıdır. Ehtiyaclının ehtiyacını qarşılamaq və ümidləri dirçəltmək kamillik rəmzidir. Biz də kamil insan olmaq istəyiriksə, biz də ehtiyaclıların ehtiyaclarını qarşılamalıyıq, onların ümidlərini qırmamalayıq. Bunula da onları yenidən həyata qaytarırıq. Necə ki, Allah(c)ımız bizə bu hərəkətləri ilə hər dəfə yeni həyat verir.....
@ElxanBadkubei
323 views08:47
Buka / Bagaimana
2023-04-08 11:35:50
245 views08:35
Buka / Bagaimana
2023-04-08 10:49:04
Ustadım, Nəcəf elmi mərkəzinin sütunlarından sayılan ayətullah şeyx Baqir İrəvani(h)dan bir gün elmi bəhsdən sonra tələbələrdən biri belə sual etdi, Ustad, qarşıdan əhya gecələri gəlir, nə edək, necə edək? Ustad(h) cavabında təkcə bu cümləni buyurdu:- Elə bilin son gecənizdir.
Qeyd: həqiqətən böyük mənanı ehtiva edən. cümlədir. Qarşıdan əhya gecələri gəlir, dualarda unutmayaq bir-birimizi.
@ElxanBadkubei
228 views07:49
Buka / Bagaimana
2023-04-07 19:00:48 Xəstə olan insanlar naümid olamamılıdır.
Günlərin bir günü Peyğəmbər(s) səmaya baxırdı, təbəssüm etdi, bir şəxs Peyğəmbərdən(s) təbəssümün səbəbini soruşdu, ey Allahın Rəsulu(s) gördüm ki, asimana baxıb təbəssüm etdiniz, onun səbəbi nədir? Allah Rəsulu(s) cavabında buyurdu:
-Bəli! Asimana baxırdım, gördüm ki, iki mələk yerə endilər ki, imanlı bəndənin gecə-gündüz öz yerində ibadət və namazla məşğul olmasının savabını yazsınlar, amma həmən bəndəni öz namaz yerində görmədilər. O bəndə xəstə yatağında idi. Mələklər asimana qalxıb Allah(c)a ərz etdilər: Biz imanlı bəndənin ibadətinin savabını yazmaq üçün onun namaz yerinə getdik. Lakin onu namaz yerində görmədik, çünki o xəstə yatağında idi. Allah(c) mələklərə buyurdu: O bəndə nə qədər ki, xəstə yatağındadır, ona sağlam olarkən namaz və ibadətdə qazandığınız savabı yazırdız, həmən savabı yenidən yazın. Onun xəstə yatağında olduğu müddətdə yaxşı əməllərinin savabını vermək mənim nəzərimdədir.
Biharul-Ənvar.
@ElxanBadkubei
216 viewsedited  16:00
Buka / Bagaimana
2023-04-07 15:26:46 Qur'ani Kərimin "Mülk" surəsinin təfsiri-16
وَ قٰالُوا لَوْ كُنّٰا نَسْمَعُ أَوْ نَعْقِلُ مٰا كُنّٰا فِي أَصْحٰابِ السَّعِيرِ١٠
Dedilər:- Əgər dinləsəydik və ağlı işlətsəydik, biz Cəhənnəm əhli olmazdıq.-10
Ayə bizə bunu xatırladır ki, haqqı və həqiqəti dinləmək, ağlı işə salmağın ilk mərhələlərindəndir. Ağlı işə salan da nə dünyanı Cəhənnəmə çevirər, nə də axirətini. Həyatımızı behiştə çevirmək istəyiriksə, həqiqəti dinləməklə, ağlımızı işlədək. Bununla da həm özümüz xeyir götürək, həm başqalarına xeyirə vəsilə olaq.....
@ElxanBadkubei
209 views12:26
Buka / Bagaimana