Get Mystery Box with random crypto!

AzVision

Logo saluran telegram azvisionaz — AzVision A
Logo saluran telegram azvisionaz — AzVision
Alamat saluran: @azvisionaz
Kategori: Tidak terkategori
Bahasa: Bahasa Indonesia
Pelanggan: 2.69K
Deskripsi dari saluran

Azvision.az ölkədə və dünyada baş verən hadisələri izləyir, təhlil edir, sizlərə çatdırır. Saytımız və kanalımız daha çox ciddi mövzulara, analitik materiallara üstünlük verir.
📝 Bizimlə əlaqə: t.me/AzVision_bot

Ratings & Reviews

1.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

2

1 stars

1


Pesan-pesan terbaru

2023-05-09 10:58:21
Xaraba və qəzalı məktəb... Gəncədəki 24 nömrəli məktəb şagirdlər üçün təhlükə yarada bilər. Təhsil ocağının təcili təmirə ehtiyacı var!
59 views07:58
Buka / Bagaimana
2023-05-09 10:55:46
İlham Əliyev və Mehriban Əliyeva bu gün Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimində iştirak ediblər.

İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin və Atatürk küçəsinin lövhəsinin açılışını edib.

Dövlətimizin başçısına Qarabağ və Sadıqcan küçələrində görüləcək işlər barədə məlumat verilib.

Prezident Qarabağ küçəsində qeyri-yaşayış binasının təməlini qoyub, Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışını edib.

Azərbaycan Prezidenti Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarını ziyarət edib.

İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər.

Dövlətimizin başçısına və Birinci vitse-prezidentə Xüsusi nümayəndəliyin inzibati binasının qarşısındakı meydanda həyata keçiriləcək işlər barədə məlumat verilib.
71 views07:55
Buka / Bagaimana
2023-05-09 10:54:47
Müharibəni uduzsa, Rusiyada nə baş verə bilər? - Yekaterina Vinokurova ilə müsahibə (Eksklüziv)
https://azvision.az/news/326777
66 views07:54
Buka / Bagaimana
2023-05-09 10:44:45
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Kiyevdədir
82 views07:44
Buka / Bagaimana
2023-05-09 10:43:44
Moskvadakı paradda qadın hərbçilər də iştirak edir.
99 views07:43
Buka / Bagaimana
2023-05-09 10:26:00
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində bu gün "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı başlayır.

Festival 3 gün davam edəcək.

Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilib.

Mayın 12-də "Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023" tədbirinin rəsmi açılışı olacaq.
111 views07:26
Buka / Bagaimana
2023-05-09 10:17:00
Rusiyada Qələbə Gününə həsr edilən parad başlayıb.
128 views07:17
Buka / Bagaimana
2023-05-09 10:14:19
Az sonra Moskvanın Qırmızı meydanında 2-ci dünya müharibəsində qazanılan qələbənin 78-ci ildönümü münasibəti ilə parad keçiriləcək. Paradda 10 mindən çox insanın iştirak edəcəyi gözlənilir. Ukrayna ilə döyüşlərdə iştirak edən hərbçilər də paradda olacaq. Ümumilikdə 125 hərbi texnika meydandan keçəcək.

Tədbirlə əlaqədar Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri Moskvaya gedib.
126 views07:14
Buka / Bagaimana
2023-05-09 10:13:17
Bu gün nələr gözlənilir?

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır.

Moskvada planlaşdırılan hərbi parad heç bir ixtisar olmadan keçiriləcək, Rusiya prezidenti Vladimir Putin orada çıxış edəcək. Prezidentin Kremldəki iqamətgahına hücum cəhdindən sonra mayın 9-da keçiriləcək hərbi parad zamanı əlavə təhlükəsizlik tədbirləri görüləcək.

İngiltərənin Liverpul şəhərində “Avroviziya” mahnı müsabiqəsi start götürür. “Avroviziya-2023”də Azərbaycanı “Tell me more” mahnısı ilə Tural və Turan Bağmanov qardaşları təmsil edir. Təmsilçilərimiz bu axşam 1-ci yarımfinalda çıxış edəcəklər. Onlar 12-ci nömrə altında səhnəyə çıxacaqlar. Avroviziyanın yeni qaydalarına əsasən, müsabiqədə iştirak etməyən ölkələr də bu il səsverməyə qatıla biləcəklər.

ABŞ bu gün Ukraynaya 1,2 milyard dollarlıq yeni hərbi yardım paketini elan edəcək.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bu gün Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.
123 viewsedited  07:13
Buka / Bagaimana
2023-05-09 10:09:23
9 May – Faşizm üzərində Qələbə günüdür!

Xalqımızın bu mübarizədə nümayiş etdirdiyi Vətən sevgisi, qəhrəmanlıq və şücaəti tarixə qızıl hərflərlə yazılıb!

Qələbə uğrunda həlak olanların xatirəsini hörmət və ehtiramla yad edirik!
133 views07:09
Buka / Bagaimana