Get Mystery Box with random crypto!

Son zamanlar dinimizdə yaranan boşluqlar o qədər ciddi vəziyyə | 𝐐ü𝐫𝐫ə𝐭ü𝐥-𝐄𝐲𝐧.

Son zamanlar dinimizdə yaranan boşluqlar o qədər ciddi vəziyyətə gəlib çatıb ki, bu din ilə əlaqəsi olub olmayan hər kəs çox rahatlıqla fikir irəli sürür. İrad bildirənləri demirəm hələ. Fikir bildirilməli məsələ ayrı mövzu, ayrı sahə olanda nədənsə insanlar çəkinir, ehtiyat edir. Bəlkə bu ehtiyatı İslam dininə qarşı da etsək? Hər irəli sürülən fikir, bildirilən irad zamanı kiminsə haqqına girmiş oluruq. Haqqa da o zaman girmiş oluruq ki, həmin sahədən bixəbərik. Bixəbər olduğumuz sahəyə niyə irad bildirməyə ehtiyac duyaq ki? Mövzu İslam olanda niyə axı insanlar belə rahatlıqla irad bildirir, hər kəsə yol göstərir. Hər kəsin öz sahəsində təkmilləşməsi diləyi ilə..

(Fikirlərimi son günlər həbs olunan din xadimlərinə əsasən bildirdim. Heç kim heç kəsi tanımadan rahatlıqla fikir bildirməsin və beləliklə də haqqa girmiş olmayaq. Allah zalım hakimiyyətə lənət eləsin.)