Get Mystery Box with random crypto!

𝐒𝐢𝐫𝐚𝐭𝐚𝐥 𝐌𝐮𝐬𝐭𝐚𝐪𝐢𝐦

Logo saluran telegram siratal_mustagim — 𝐒𝐢𝐫𝐚𝐭𝐚𝐥 𝐌𝐮𝐬𝐭𝐚𝐪𝐢𝐦 𝐒
Logo saluran telegram siratal_mustagim — 𝐒𝐢𝐫𝐚𝐭𝐚𝐥 𝐌𝐮𝐬𝐭𝐚𝐪𝐢𝐦
Alamat saluran: @siratal_mustagim
Kategori: Agama
Bahasa: Bahasa Indonesia
Pelanggan: 2.26K
Deskripsi dari saluran

✍️ Admin: Mədinə İslam Universitetinin tələbəsi Emin Məmmədzadə

Ratings & Reviews

2.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

1


Pesan-pesan terbaru

2023-06-16 15:24:09 Ummu Sələmə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ﷺ) belə buyurdu:

"Zülhiccənin hilalını gördünüzsə, sizdən biriniz qurban kəsmək istəyirsə, saçından və dırnaqlarından götürməsin".

[Muslim 1977,Tirmizi 1523, Nəsai 4373.]


Bunun hikmətinə gəldikdə isə, həcc ziyarətinə gedən şəxs ehram geyindikdə artıq bədənindən tük və saç götürmək ona qadağandır və bu əməldə qurban kəsən şəxs həcc zəvvarıyla eyni əmələ şərik olur. Bu iş yalnız qurban kəsən şəxsə aiddir, onun ailə üzvlərinə bu hökm şamil olunmur, çünki Peyğəmbər  (sallallahu aleyhi və səlləm) öz ailəsinə bunu əmr etməmişdir.
Əgər qurban kəsən şəxs saçından, bədəninin tükündən və ya dırnağından nəsə götürərsə o zaman Allaha tövbə etsin və bir daha bunu etməsin, əgər bunu etsə belə ona qurban kəsməməyə heçnə mane olmamalıdır.
Bilməyərəkdən və ya unudaraq bədənindən nəsə götürənə buna görə günah yazılmaz.

https://t.me/siratal_mustagim
981 views12:24
Buka / Bagaimana
2023-06-04 11:34:15
Səhl ibn Abdullah (Allah ona rəhmət etsin) demişdir:

Qurtuluş üç şeydədir:

1) Halal yemək
2) Vacib əməlləri etmək
3) Allah Elçisinin (ﷺ) sünnəsinə tabeçilik.

[Təfsirul Qurtubi, 2/208]

https://t.me/siratal_mustagim
1.5K viewsedited  08:34
Buka / Bagaimana
2023-05-26 15:54:08 Cəbir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ﷺ) belə buyurdu:

"Cümə günü on iki saatdır. Həmin vaxt Allaha dua edən bəndəyə, istədiyi verilər. Siz bu vaxtı əsr namazından sonra axırıncı saatda axtarın".

[Əbu Davud, 1048]

https://t.me/siratal_mustagim
1.9K views12:54
Buka / Bagaimana
2023-05-22 10:47:26 İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:

"İstiğfar etmək ən böyük xeyirlərdəndir. İstiğfarın qapısı genişdir. Kim öz sözündə və ya əməlində və ya ruzisində və yaxudda qəlbinin dəyişməsində nöqsan hiss edərsə, istiğfar etsin".

[Fətəva, 11/698]

https://t.me/siratal_mustagim
1.3K views07:47
Buka / Bagaimana
2023-05-09 07:04:09 Fudeyl bin İyyad (Allah ona rəhmət etsin) demişdir:

Səbr etməyi kiçik bir uşaqdan öyrəndim. Bir gün məscidə gedəndə, bir qadının evində oğlunu döydüyünü  gördüm və uşaq ağlayırdı. Evin qapısı açıldı və uşaq çölə qaçdı. Qapı isə onun arxasıyca bağlandı.

Sonra deyir:  Geri qayıdarkən gördüm ki, uşaq biraz ağlayıb anasının qapını açmasını umaraq qapının önündə yatdı. Anasının qəlbi yumşaldı və qapını onun üçün açdı.

Fudeyl ağlamağa başladı .Hətta saqqalı göz yaşları ilə islandı. Dedi: SubhənAllah, əgər qul Allahın qapısında səbr edərsə mütləq qapı onun üçün açılar!.




İbn Covzi (Allah ona rəhmət etsin ) demişdir:

"Əgər Sənin Mövlan (sahibin) səni öz qapısından qovubsa , hansı qapıya geri dönəcəksən? Hansı yola gedəcək və hansı yönə üz tutacaqsan?  Elə isə öz Sahibinin qapısı önündə davamlı ol. Ümid olunur ki, sənin dönüşün öz səmərəsini versin".

[Bəhrəl dumu, 1/54]

https://t.me/siratal_mustagim
2.8K views04:04
Buka / Bagaimana
2023-05-08 09:26:24 Əbu Dərda (Allah ondan razı olsun) belə buyurur:

"Duada ciddi və davamlı olun. Çünki, kim qapını çox döyərsə, artıq qapının açılması labüd olar".

[Musannəf, 6/2]

https://t.me/siratal_mustagim
1.2K views06:26
Buka / Bagaimana
2023-05-05 05:03:15 Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ﷺ) belə buyurdu:

"Kim cümə günü kəhf surəsini oxuyarsa, iki cümə arası onun üçün nur olar".

[Hakim, 3392; Sahihul Cəmi, 6470]

https://t.me/siratal_mustagim
1.4K views02:03
Buka / Bagaimana
2023-05-03 17:07:59 Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ﷺ) belə dediyini eşitdim:

"Kim bir mömin haqqında onda olmayan bir şeyi deyərsə (ona böhtan, iftira atarsa) Allah onu Cəhənnəm əhlinin suyunda məskunlaşdırar, hətta o, dediyi sözdən təmizlənənə kimi".

[Əbu Davud, 3597; Sahihul Cami, 6196]

https://t.me/siratal_mustagim
1.3K views14:07
Buka / Bagaimana
2023-05-03 09:30:43 Dində sabit qalmağın səbəblərindən..

Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) demişdir:
«Dində sabit qalmağın səbəblərindən biri də, insanın Allahın ibadətinə üz tutması, özünə aid işlərlə məşğul olub, başqalarının eybini axtarmamasıdır. Çünki, insan başqalarının eybini deyil, öz eyiblərini görüb özünü islah etməklə məşğul olarsa, savaşı qazanmış olar.
Lakin, işi gücü başqalarının eyiblərini axtarmaq və bu haqda fikirləşmək olarsa, həm vaxtını zay etmiş olar, həm də qəlbinin Allaha bağlılığı zəifləyər.
Sən öz Rəbbinə dön, özünlə Rəbbin arasını islah et və bundan sonra da bacardığın qədər Allahın qullarını islah etməyə çalış».

Liqa məftuh, 7/257.

Kanala abunə olub öz səhifələrinizdə paylaşmaqla xeyrin yayılmasına səbəb olun
https://telegram.me/islamveelm
962 views06:30
Buka / Bagaimana
2023-05-02 06:55:03 Əbu Hureyra (Allah ondan razı olsun) belə rəvayət edir:

"Mən müşrik olan anamı İslama dəvət edirdim. Bir gün yenə onu dəvət etdikdə Allah Elçisi (ﷺ) haqqında nalayiq sözlər dedi. Mən ağlaya-ağlaya Allah Elçisinin (ﷺ) yanına gəlib dedim: "Ey Allahın Elçisi! Mən anamı İslama dəvət edirdim. O, bunu inkar edib sənin haqqında nalayiq sözlər dedi. Allaha dua et ki, Əbu Hureyranın anasına hidayət versin!.
Allahı Elçisi (ﷺ) dedi: "Allahım, Əbu Hureyranın anasına hidayət ver!
Mən Allah Elçisinin (ﷺ) duasından sonra sevincək evə qayıtdım. Qapıya çatdıqda anamın ayaq səslərini eşitdim. O, mənə yerimdə durmağı əmr etdi. Sonra çimib (qüsl edib) paltarını geyindi, qapını açıb mənə dedi: "Ey Əbu Hureyra! Şəhadət verirəm ki, Allahdan başqa (ibadətə layiq olan ) məbud yoxdur və Muhəmməd Onun qulu və elçisidir". Mən sevincimdən ağlaya-ağlaya Allah Elçisinin (ﷺ) yanına gəlib ona dedim: "Ey Allahın Elçisi! Gözün aydın, Allah sənin duanı qəbul etdi və Əbu Hureyranın anasına hidayət verdi.
Allah Elçisi (ﷺ) Allaha həmd və tərif etdi, yaxşı dedi.
Sonra dedim: "Ey Allahın Elçisi (ﷺ) Allaha dua et ki, məni və anamı mömin qullarına sevdirsin və onlarıda bizə sevdirsin".
Allah Elçisi ‎(ﷺ) dedi:
"Allahım, bu kiçik qulunu (Əbu Hureyra) və anasını mömin qullarına sevdir, möminləridə onlara sevdir".

Əbu Hureyra (Allah ondan razı olsun) dedi: "Mənim haqqımda eşidən və ya məni görən elə bir mömin yaradılmayıb ki, məni sevməsin".

[Muslim, 2491] . 

http://t.me/siratal_mustagim
2.1K views03:55
Buka / Bagaimana