Get Mystery Box with random crypto!

Brüsselin nüfuzlu dövri nəşrlərindən biri olan EUReporter Rub | Öncə Vətən(Ağsaqqal)

Brüsselin nüfuzlu dövri nəşrlərindən biri olan EUReporter Ruben Vardanyanı Avropa İttifaqı və bütün Qərb üçün təhlükə adlandırıb. 

Məqalədə qeyd edilir ki, ABŞ bu yaxınlarda Moldovada dövlət çevrilişinə cəhddə iştirak edən və Rusiya kəşfiyyatı ilə əlaqəsi olan qrupun yeddi aparıcı üzvünə qarşı sanksiyalar tətbiq edib. 
Məqalə müəllifi Ruben Vardanyan da daxil olmaqla, bu siyahını təcili tamamlamağa çağırır.

EUReporter-in məlumatına görə, Putinin yaxın fiquru sayılan Vardanyan "dövlət naziri" vəzifəsindən uzaqlaşdırılsa da, hələ də Cənubi Qafqazda qeyri-sabitlik mənbəyi yaratmaqla məşğuldur.

Qəzet onu da yazır ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya qoşunları Qarabağ ordusunu minaatan kimi partlayıcı qurğuları işə salmağa imkan verən bombardman sistemləri ilə təchiz edilmiş yüzlərlə Çin DJI Mavic 3 kəşfiyyat və hücum pilotsuz təyyarələri ilə təmin edib. Həmin silahların tədarükü ilə bağlı əmrin Rusiya Federasiyası Baş Qərargah rəisinin müavini Aleksey Kim tərəfindən verildiyi iddia edilir.

“Onlardan təxribatlar üçün, məsələn, Bakı ilə İrəvan arasında sülh danışıqlarını sabotaj etmək və ya Qərbə qaz nəqlinin qarşısını almaqla regionda yeni müharibəyə başlamaq üçün istifadə oluna bilər. Bu təhlükənin qarşısını almaq vaxtıdır. Vardanyana qarşı nəinki sanksiya tətbiq etməyin, həm də onu İnterpol və digər qərb kəşfiyyat orqanları tərəfindən istintaqa cəlb etməyin vaxtı çatıb”, - EUReporter qeyd edib.