Get Mystery Box with random crypto!

HƏRBİ XƏBƏRLƏR

Logo saluran telegram herbixeber — HƏRBİ XƏBƏRLƏR H
Logo saluran telegram herbixeber — HƏRBİ XƏBƏRLƏR
Alamat saluran: @herbixeber
Kategori: Politik
Bahasa: Bahasa Indonesia
Pelanggan: 76.76K
Deskripsi dari saluran

🔹Kanal hərbi xəbərlərin düzgün və təhrif olunmadan paylaşılması, dezinformasiyalardan yayınmaq üçün yaradılmışdır.
➡️ Reklam & Əməkdaşlıq
🔸Əlaqə saxlamaq | Məlumat & Xəbər göndərmək ⤵️
📲 @Shahmuradov_002

Ratings & Reviews

4.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

1

2 stars

0

1 stars

0


Pesan-pesan terbaru

2024-05-02 21:48:46 Vətən müharibəsi şəhidi, "Qarabağ" ordenli gizir Mixaylo ləqəbli Mehti Şıxəliyevin anası qardaşını göndərişlə Ege Hospitalına İbrahim Qulamovun müayinəsinə aparıb.


Hər kəs kimi növbəsini gözləyib. İbrahim Qulamov Şəlalə ananın yaxasında Mehtinin şəklini görüb (Hamı bilir ki, Şəlalə ana heç vaxt, heç yerdə şəhid adından istifadə edəcək bir ana deyil, Mehtinin şəkli hər zaman yaxasında olur) və anamıza dönərək:

Oğlunuzun şəklini niyə yaxanıza asmısız?! Ruhuna ağır gedər, adından istifadə etməyin!

Şəlalə ana pis olub, sakitcə "mən onunla fəxr edirəm" deyib. Bundan sonra yenidən növbə gözləyib. Növbə çatanda isə qardaşıyla otağa daxil olub. Qardaşı həkimə deyib ki, "sizin nə işinizə qalıb ana oğlunun fotosunu yaxasına asır ya asmır. Sizdən icazə alacaq? Statusundan istifadə etmədiyi halda siz nə ixtiyarla ona irad bildirirsiz? Siz vəzifə borcunuzu yerinə yetirin və müayinənizi edin."

Bundan sonra isə həkim hörmətsizlik edərək deyib "baxmıram sizə, sizi müayinə etmirəm."

Şəhidimizin anası Bakıya Şirvandan (Hacıqabul) gəldiyi üçün vaxt itirməmək xatirinə başqa klinikaya üz tutub, orada isə həmin cihazdan olmayıb, kor-peşman Şirvana geri qayıdıblar.

İbrahim Qulamov Mehti Şıxəliyevin atılan dırnağı belə ola bilməz. Mehti Vətən müharibəsində adını tarixə yazan igid oğul olub. O indi həyatda olsaydı 1000 İbrahim Qulamov gəlsə belə Şəlalə anaya hörmətsizlik edə bilməzdi. Hədsizlik edən doktor üzr belə istəməyib! Həkim unudur ki, oturduğu kresloda Vətənə Mehti kimi oğullar yetişdirib, şəhid verən Şəlalə ana kimi anaların hesabına oturub! Ar olsun! Paylaşın hər kəs tanısın bu hədsiz həkimi!
13.3K views18:48
Buka / Bagaimana
2024-05-02 20:01:23
ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş rəhbəri, keçmiş general Ben Hodges hesab edir ki, Ukrayna amerikalıların Rusiya neft emalı zavodlarına hücumları dayandırmaq tələblərinə məhəl qoymamalıdır.

Bu gecə pilotsuz təyyarələr Rusiyanın bir neçə xam neft emalı və saxlama obyektlərinə hücum edib.

Dronların vurduğu Rusiya neft anbarlarından biri yanır.
13.2K views17:01
Buka / Bagaimana
2024-05-02 19:59:34
Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir

2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələri ilə intensiv döyüş hazırlığı üzrə məşğələlər keçirilir.
Ümumqoşun təlim poliqonunda keçirilən məşğələlər zamanı ərazidə təbii və süni maneələrin dəf edilməsi, döyüş maşınlarının idarə olunması, şərti düşmən üzərinə dərinlikdən irəliləməklə hücum üzrə çalışmalar yerinə yetirilib.
Həmçinin zirehli texnikanın üzərinə quraşdırılmış silahdan aşkar olunan hədəflərin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar da icra olunub.
Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələlərdə tankçılarımız yüksək peşəkarlıq nümayiş etdirirlər.
13.4K views16:59
Buka / Bagaimana
2024-05-02 19:25:07 Reuters: Rusiya Şimali Koreyaya BMT-nin müəyyən etdiyi səviyyədən artıq neft tədarük edir.

ABŞ rəsmilərinin məlumatına görə, Rusiya təkcə mart ayında Şimali Koreyaya 165 min bareldən çox emal olunmuş neft tədarük edib.
12.9K views16:25
Buka / Bagaimana
2024-05-02 17:39:10
Lisiçansk yaxınlığında rusların hüçumunun qarşısı alınıb,Rusiya ordusu ciddi itkilər verib
13.6K views14:39
Buka / Bagaimana
2024-05-02 17:32:00
EPL

Celsi - Tottenhem

Premyer Liqada mövsümün son hissəsi gərgin keçəcək. Medallar, Avropa kubok zonasına daxil olmaq və liqada qalmaq uğrunda fəal mübarizə gedir. Çempionatın 26-cı turunun təxirə salınmış görüşü mayın 2-nə təyin edilib. London derbisində "Çelsi" və "Tottenhem" Stamford Bricdə mübarizə aparacaq.

Bəs sizcə kim qalib gələcək?

Qeydiyyat linki: https://1mostbet-aze.com/3Sfx1IE
Mostbet ilə mərc et!
13.6K views14:32
Buka / Bagaimana
2024-05-02 15:59:45
Ukrayna yeni Lancet dronu ilə Kursk vilayətində Rusiyanın Buk hava hücumundan müdafiə sisteminin məhv edilməsi.
13.9K views12:59
Buka / Bagaimana
2024-05-02 15:18:39
İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM


Sərəncama əsasən İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 min manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına min manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
14.3K views12:18
Buka / Bagaimana
2024-05-02 11:49:11
Ukraynaya məxsus Pilotsuz təyyarələr Rusiya Federasiyasının Oryol və Smolensk vilayətlərində infrastruktur obyektlərinə hücum edib. Yerli KİV-in məlumatına görə, Krasnodar diyarındakı Afipski neft emalı zavodunda üç partlayış baş verib. Həmçinin Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə Kursk, Belqorod, Rostov və Bryansk vilayətləri hücuma məruz qalıb.
14.6K views08:49
Buka / Bagaimana
2024-05-02 10:18:16  Ermənistan Müdafiə Nazirliyi Tavuş rayonunun Kirants (Günən) kəndi yaxınlığındakı ərazini minalardan təmizləyir.
14.6K views07:18
Buka / Bagaimana