Get Mystery Box with random crypto!

“Öz andını pozmuş, Peyğəmbəri (vətənindən) çıxarmağa səy göstə | Cənnə𝕥 əhli 💚

“Öz andını pozmuş, Peyğəmbəri (vətənindən) çıxarmağa səy göstərmiş, 
sizinlə ilkin olaraq döyüşə başlamış qövmlə döyüşmürsünüzmü? Yoxsa
onlardan qorxursunuz? Əgər imanınız varsa, Allahdan qorxmağınız daha
yaxşıdır.”
Bildirişlər
1. Müsəlman döyüşçü üçün döyüşün məqsədi aydın olmalıdır. Düşmənin öz
əhdini pozması, Peyğəmbərə (s) qarşı pis niyyəti və döyüşə başlaması qeyd
olunur).
2. Sizin döyüş müdafiə döyüşüdür və bu döyüşü düşmən başlamışdır.
3. Döyüş zamanı döyüş odu ilə cəhənnəm odunu müqayisə edin. Belə bir
müqayisə döyüş əzmini möhkəmləndirir.
4. Həqiqi mömin yalnız Allahdan qorxur.
Ayə 14:
“Onlarla döyüşün ki, Allah sizin əlinizlə onlara əzab versin, onları xar,
etsin, sizi isə qalib etsin və möminlərin qəlbinə məlhəm qoysun.”
Nöqtələr
◘Sual: “Ənfal” surəsinin 32-ci ayəsində buyurulurdu ki, Peyğəmbərin (s) xalq
arasında olması xalqı əzabdan qoruyur. Bu ayədə deyilənlər həmin buyruqla zidd
deyilmi?
◘Cavab: Əgər “Ənfal” surəsində Ad və Səmud qövmünə nazil olmuş əzab
kimi səmavi və sarsıdıcı əzab nəzərdə tutulurdusa, bu ayədə döyüş çətinliklərinə
işarə olunur.
Bildirişlər
1. Döyüş cəbhələri ilahi yardımların nazil olduğu məhəllərdir. (Cihad sizdən, 
yardım isə Allahdandır.)
2. Mücahidlər haqqın vuran əli, ilahi hökmün icra amilidir.
3. İlahi sünnələr təbii yolla, səbəblər əsasında həyata keçir.
4. Düşmənin hərbi məğlubiyyətinin ardınca onun ruhi və siyasi məğlubiyyəti
gəlir.
5. Allah din düşmənlərinin süqutu və möminlərin izzətə çatması istəyindədir.
6. Küfrün məhvi, kafirlərin süqutu və möminlərin rahatlığı döyüş
məqsədlərindəndir.
7. Döyüşdən öncə təşviq və təbliğə ehtiyac var. Allah möminlərə qəti müjdə
verir.
8. İlkin İslam dövründə müsəlmanların qəlbi yaralanmışdı, onlar
incidilmişdilər.9. Döyüşdə bir dəstə şəhid olsa da, İslam ümməti izzət və aramlığa çatır.
10. İctimai məsələlərdə möminlərin taleyi bir-birinə bağlıdır. Sizin qələbəniz
digər möminlərin qəlbinə şəfa olur.