Get Mystery Box with random crypto!

“Amma əgər (tövbə yerinə) peyman bağladıqdan sonra andlarını p | Cənnə𝕥 əhli 💚

“Amma əgər (tövbə yerinə) peyman bağladıqdan sonra andlarını pozsalar,
dininizə tənə etsələr, küfr başçıları ilə döyüşün. Çünki onlar üçün heç bir
and yoxdur. Bəlkə öz rəftarlarından çəkinələr.”
Nöqtələr
◘Həzrət Əlidən (ə) soruşdular: “Nə üçün Siffeyn döyüşündə fərariləri təqib
etdiniz, Cəməl döyüşündə isə onları azad buraxdınız?” Həzrət buyurdu: “Siffeyn
döyüşündə küfr başçısı sağ idi və qaçanlar onun ətrafında toplanırdılar. Cəməl
savaşında isə başçı öldürüldüyündən növbəti dəfə toplanmaq üçün bir mərkəz yox
idi.”
◘İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs sizin dininizə tənə etsə, hökmən,
kafir olar.” Sonra həzrət uyğun ayəni oxudu.
1
Bildirişlər
1. Əhdi pozmağın və əqidə məktəbini məsxərəyə qoymağın bir nümunəsi də
dindən çıxmaqdır.
2. İslama qarşı tənə və onun xar edilməsinin cəzası edamdır.
3. İslami cihadın məqsədi əqidə məktəbinin müdafiəsidir.
4.Əhdi pozan və dini məsxərəyə qoyan küfr başçıları ilə mübarizə aparın.
5. Mübarizədə fitnə başçılarının, düşmən komandanlığının məhvi ilkin
vəzifələrdəndir.
6. Qarşı tərəfin hər andı sizi aldatmasın. Əhdi pozanların andı etibarsızdır.
7. Düşmən planlarının qarşısının alınması İslam cihadının məqsədlərindəndir.