Get Mystery Box with random crypto!

“(Əhdi pozan müşriklər təkcə sizə münasibətdə yox) heç bir möm | Cənnə𝕥 əhli 💚

“(Əhdi pozan müşriklər təkcə sizə münasibətdə yox) heç bir möminə
münasibətdə yaxınlıq haqqına və əhd-peymana riayət etməyəcəklər. Onlar
həmin təcavüzkarlardır.”
Nöqtələr
◘Bu ayə də müşriklərdən bəraətlə bağlı ciddi ilahi göstərişi bəyan edir.
◘Ötən iki ayədə sizə münasibətdə peymanlara əməl olunmamasından danışıldı.
Bu ayədə isə onların bütün iman əhli ilə düşmənçilikləri qeyd edildi.
Bildirişlər
1. Müşriklər möminlərlə düşməndirlər. Belə isə, onlarla sərt rəftarda tərəddüd
göstərməyin.
2. Kafirlərin nəzərində müsəlmanların ən böyük günahı onların Allaha iman
gətirmələridir. Onların iman əhli ilə düşmənçilikdə bəhanələri budur.
1
3. Əhdi pozmaq təcavüzkarlıqdır.
4. Qohumların hüququna riayət və əhdə vəfalı olmaq vacibdir. Bu göstərişlərə
e`tinasızlıq təcavüzkarlıq ruhundan doğur.
5. Əhdi pozmuş müşriklərlə döyüş müdafiə xarakteri daşıyır. On üçüncü ayədə
qeyd olunduğu kimi bu döyüşü müsəlmanlar başlamamışdır.
Ayə 11
“Amma tövbə edib namaz qılsalar və zəkat ödəsələr, bu halda sizin din
qardaşınızdırlar. Biz Öz ayələrimizi bilən (düşünən) qövm üçün ətraflı bəyan
edirik.”
Nöqtələr
◘Allah-təala ötən ayələrdə buyurdu ki, əgər müşriklər tövbə etsələr, namaz
qılsalar, zəkat ödəsələr, onlara qarşı çıxılmasın. Bu ayədə isə qeyd olunur ki,
nəinki onlara əziyyət verməyin, hətta keçmişləri unudub, onlarla qardaşcasına
rəftar edin.
Bildirişlər
1. Öz rəftarınızda “addım-addım, tədricən” prinsipinə riayət edin. Öncə
təcavüzdən çəkinmək, sonra isə ülfət və qardaşlıq!
2. Gerçək tövbə əməl ilə müşayiət olunur.
3. Namaz və zəkatı tərk edənlər bizə din qardaşı deyillər.
4. Dini qardaşlıq dairəsinə daxil olma şərti namaz və zəkatdır.
5. Müsəlmanın rabitələrinin, sevgi və nifrətinin kökü əqidə məktəbindədir.
6. Peşman olmuş və tövbə etmiş insanla qardaşcasına rəftar edin.
7. İslam döyüşlərinin əsas məqsədi müşrikləri tövhidə qaytarmaqdır.
8. Dünənədək qətli vacib olanlar tövbə, namaz və zəkat sayəsində
müsəlmanlarla bərabər ictimai hüquq əldə edirlər və onlarla döyüş haram olur.
9. Elm və bilik ilahi ayələrin dərki üçün zəmindir.