Get Mystery Box with random crypto!

“Axı necə (onlarla peyman bağlamaq olar), bir halda ki, sizə q | Cənnə𝕥 əhli 💚

“Axı necə (onlarla peyman bağlamaq olar), bir halda ki, sizə qalib
gəldikdə heç bir yaxınlıq və peymanı nəzərə almazlar, sizi öz yumşaq dilləri
ilə razı salarlar, amma qəlbən qəbul etmirlər. Onların çoxu həddi
aşanlardır.”
Nöqtələr
◘ “İll” deyərkən yaxınlıq, qonşuluq və qəlb bağlılıqları nəzərdə tutulur. (İlkin
İslam dövrünün müsəlmanları və müşriklər arasında yaxınlıq, əhd-peymana vəfa
etmək lazımdır. Hər kəs bu peymanı pozsa, xalq tərəfindən məzəmmət olunur.
◘Bu ayələr əhdi pozmuş müşriklərlə sərt rəftar göstərişinin növbəti bir
dəlilidir.
◘”Düşmən bizə qalib gəlsə, pislik edər”, deyə ona hücum etmək olmaz.
Düşmənə qarşı təcavüz üçün dəlillər olmalıdır. Əks-təqdirdə, qarşı tərəfə hücum
“cinayətdən öncə qisas” sayılar.
Bildirişlər
1. Düşmənin nə dərəcədə kinli olduğu o qüdrətə çatdığı vaxt müəyyənləşir.
2. Qalib gələcəyi təqdirdə həddi aşacağı gözlənilən düşmən qarşısında sükut və
sadəlövhlük günahdır.
3. Müşriklər nə insanlıq və qonşuluq çərçivəsini gözləyir, nə də əhd-peymana
hörmət qoyurlar.
4. Düşmənin siyasi oyunlarına və azdırıcı təbliğatına aldanmayaq.
5. Əhdi pozmaq, nifaq, maskalanma, siyasətbazlıq günahdır.
6. Müşriklərin əksəri günahkardır. Amma onların da arasında sağlam fərdlər
tapılır. (Münasibətlərimizdə insaflı olaq.)
Ayə 9
“(Əhdi pozan müşriklər) Allahın ayələrini ucuz qiymətə satdılar və (xalqı)
Allahın yolundan çəkindirdilər. Həqiqətən, onlar pis işlər görürdülər.”
Bildirişlər
1. İnsanın əməl və yol seçimində seçim haqqı var.
2. İlahi ayələri itirmək müqabilində hər nə qazansaq yenə azdır.
3. Dünyapərəstlik səbəbindən insan dinlə mübarizə aparır, xalqı Allahın
yolundan çəkindirir.
4. İlahi razılığı əbədi behişti ötəri və bəlalı dünya həyatına satmaq ən zərərli
işdir. Çünki Allahın mö`minlərə lütfü qarşısında bütün dünya və onda olanlar
əhəmiyyətsizdir.