Get Mystery Box with random crypto!

Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan

Logo saluran telegram azerbaijan_mod — Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan A
Logo saluran telegram azerbaijan_mod — Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan
Alamat saluran: @azerbaijan_mod
Kategori: Tidak terkategori
Bahasa: Bahasa Indonesia
Pelanggan: 32.97K
Deskripsi dari saluran

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi “Telegram” kanalı.
📌 https://www.facebook.com/wwwmodgovaz?mibextid=2JQ9oc
📌 https://www.instagram.com/azerbaijan_modigsh=cnY2MW40M211bndt
📌 https://x.com/wwwmodgovaz?s=21&t=IJ3Puk_5rABpeGxD3dk8jA

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


Pesan-pesan terbaru

2023-09-26 20:44:29
Şəhidlərimiz ən ali qürur mənbəyimizdir!

#QarabağAzərbaycandır
#KarabakhisAzerbaijan
#AnımGünü
22.4K views17:44
Buka / Bagaimana
2023-09-25 18:40:20
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 25-i saat 18:00-a olan məlumat.
1. Atıcı silah və qumbaraatanlar - 797
2. Artilleriya silahları - 42
3. HHM vasitələri - 165
4. Döyüş sursatları - 175225
5. Təchizat və ləvazimatlar - 1440
6. Optik və digər cihazlar - 81
7. Zirehli texnika - 22
8. Avtomobil texnikası - 75
9. Qoşqu - 21

https://mod.gov.az/az/news/qarabag-bolgesinde-musadire-edilmis-doyus-texnikasi-silah-ve-sursat-siyahi-49533.html
____

Боевая техника, оружие и боеприпасы, конфискованные в Карабахском регионе – СПИСОК

https://mod.gov.az/ru/news/boevaya-tehnika-oruzhie-i-boepripasy-konfiskovannye-v-karabahskom-regione-spisok-49534.html
25.8K viewsedited  15:40
Buka / Bagaimana
2023-09-23 07:42:19 Xocavənd rayonunun Qarakənd yaşayış məntəqəsi yaxınlığında tərk edilmiş döyüş mövqeyi

https://mod.gov.az/az/news/xocavend-rayonunun-qarakend-yasayis-menteqesi-yaxinliginda-terk-edilmis-doyus-movqeyi-video-49479.html
____

Оставленная боевая позиция близ населённого пункта Гаракенд Ходжавендского района

https://mod.gov.az/ru/news/ostavlennaya-boevaya-poziciya-bliz-naselyonnogo-punkta-garakend-hodzhavendskogo-rajona-video-49480.html
13.1K views04:42
Buka / Bagaimana
2023-09-23 07:42:07
12.8K views04:42
Buka / Bagaimana
2023-09-23 07:42:07
12.8K views04:42
Buka / Bagaimana
2023-09-20 10:28:37 Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən yenidən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır.
Yayılan bu məlumatı qəti surətdə təkzib edirik.
Bir daha bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri yalnız legitim hərbi obyektləri və hərbi infrastrukturu yüksək dəqiqliyə malik silahlarla hədəfə alır və sıradan çıxarır.
____

Информация, распространяемая на некоторых аккаунтах в армянском сегменте социальных медиа о якобы возобновлении обстрелов города Ханкенди Вооруженными Силами Азербайджана, не отражает действительности и носит дезинформационный характер.
Категорически опровергаем распространяемую информацию.
Еще раз подчёркиваем, что подразделения Вооруженных Сил Азербайджанской Республики берут на прицел и выводят из строя только законные военные объекты и военную инфраструктуру высокоточным оружием.
15.6K viewsedited  07:28
Buka / Bagaimana
2023-09-20 09:49:54 Polkovnik Anar Eyvazov: "Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırırıq"

Sentyabrın 20-də Müdafiə Nazirliyi tərəfindən media nümayəndələri üçün növbəti brifinq keçirilib.
Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov brifinqdə çıxış edərək bildirib: "Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir.
Keçirilən tədbirlər zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus minaatan mərmisi ilə dolu 6 ədəd Ural markalı hərbi avtomobil və 4 ədəd minaatan Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib.
Ermənistanın beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə sosial media hesablarında kütləvi şəkildə paylaşılan müxtəlif xarakterli dezinformasiyalara, o cümlədən Silahlı Qüvvələrimizin guya mülki avtomobilləri, təcili tibbi yardım maşınlarını atəşə tutması barədə yaydıqları yalan məlumatlara cavab olaraq bildirirəm ki, bu əsassız iddiaları müasir dövrümüzdə mövcud informasiya texnologiyasından faydalanaraq sübut etmək olardı. Belə ki, əgər qarşı tərəfin iddialarının real əsası olsa idi bununla bağlı sosial media resurslarında foto və ya videogörüntülər təqdim olunardı. Onu da qeyd edim ki, beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə qarşı tərəfin özləri tərəfindən planlı şəkildə bu kimi cinayətləri həyata keçirməsi və bununla Azərbaycan tərəfini ittiham etməsi ehtimalı da istisna edilmir.
Silahlı Qüvvələrimiz tərəfindən keçirilən tədbirlər çərçivəsində mülki şəxslər və heç bir mülki obyekt qətiyyən hədəfə alınmır, yalnız legitim hərbi hədəflər bölmələrimiz tərəfindən zərərsizləşdirilir.
Digər vacib bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Döyüş sursatları tükənən Ermənistan silahlı qüvvələrinin birləşmələri uzun müddətli fortifikasiya qurğularını tərk edərək yaşayış məntəqələrində yenidən tərtiblənir, eyni zamanda, Qarabağ bölgəsindəki dinc əhalini məcburi qaydada silahlandıraraq döyüş mövqelərinə cəlb etməyə çalışırlar.
Bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırırıq və bildiririk ki, yalnız bu halda antiterror tədbirləri dayandırılacaqdır.
Eyni zamanda bölgədə yaşayan erməni sakinlərinə Ermənistan silahlı qüvvələrinin birləşmələrinə yaxın durmamağa və onlara dəstək olmamağa çağırırıq. Hərbi qulluqçularımız bu çağırışlarımızı çap edilmiş məlumat vərəqələrində müxtəlif vasitələrlə yerli əhaliyə və silahlılara çatdırır.
Qeyd etdiyim faktları və məlumat vərəqələrini texniki heyətin dəstəyi ilə sizə təqdim edirəm.
Bundan başqa, Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməni əsilli sakinləri təxliyə edən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinə məxsus mövqenin və müşayiət etdiyi mülki kolonun atəşə tutulması barədə yayılan məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır. Belə əsassız iddialara cavab olaraq bildirirəm ki, sülhməramlı kontingent ilə davamlı şəkildə operativ qaydada təmasdayıq və onların öz vəzifələrini icra etmələri üçün tərəfimizdən zəruri şərait yaradılır.
Hazırda Silahlı Qüvvələrin lokal xarakterli antiterror tədbirləri davam etdirilir. Mövcud şərait bölmələrimizin nəzarəti altındadır.
İctimaiyyətə bundan sonra da mütəmadi olaraq əlavə məlumat veriləcək".
Brifinq zamanı media nümayəndələrinə qeyd edilən faktların əks olunduğu videomateriallar da təqdim edilib.

https://mod.gov.az/az/news/polkovnik-anar-eyvazov-ermenistan-silahli-quvvelerinin-birlesmelerini-silahi-yere-qoymaga-ve-teslim-olmaga-cagiriri-49427.html
____

Полковник Анар Эйвазов: «Призываем формирования вооруженных сил Армении сложить оружие и сдаться»

https://mod.gov.az/ru/news/polkovnik-anar-ejvazov-prizyvaem-formirovaniya-vooruzhennyh-sil-armenii-slozhit-oruzhie-i-sdatsya-49428.html
15.6K viewsedited  06:49
Buka / Bagaimana
2023-09-20 09:43:02 Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən Laçın yolu ilə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkət edən mülki kolonun atəşə tutulması barədə yayılan məlumatın heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.
Bu əsassız iddianı qəti surətdə təkzib edirik.

____

Информация, распространяемая на некоторых аккаунтах в армянском сегменте социальных медиа о якобы обстреле нашими вооруженными силами колонны с гражданскими лицами, движущихся в сопровождении российского миротворческого контингента через Лачинскую дорогу, не имеет под собой оснований и носит дезинформационный характер.
Категорически опровергаем данное необоснованное утверждение.
13.3K viewsedited  06:43
Buka / Bagaimana
2023-09-20 09:18:30 Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus kvadrokopter ələ keçirilib

Sentyabrın 20-si saat 10:00 radələrində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.
Bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib.

https://mod.gov.az/az/news/ermenistan-silahli-quvvelerinin-birlesmelerine-mexsus-kvadrokopter-ele-kecirilib-49424.html
____

Перехвачен квадрокоптер, принадлежащий формированиям вооруженных сил Армении

20 сентября примерно в 10:00 квадрокоптер, принадлежащий формированиям вооруженных сил Армении, предпринял попытку осуществить полет над позициями Азербайджанской Армии в направлении Шушинского района.
В результате бдительности подразделений Азербайджанской Армии квадрокоптер был обнаружен и посажен специальными техническими средствами.

https://mod.gov.az/ru/news/perehvachen-kvadrokopter-prinadlezhashij-formirovaniyam-vooruzhennyh-sil-armenii-49425.html
14.2K viewsedited  06:18
Buka / Bagaimana
2023-09-20 09:18:12
13.9K views06:18
Buka / Bagaimana