Get Mystery Box with random crypto!

Allaha mərifət fitridir. Bir nəfər İmam Sadiqin (ə) hüzuruna | Ustad Aqşin Ağayev

Allaha mərifət fitridir.

Bir nəfər İmam Sadiqin (ə) hüzuruna gəlib dedi : Ey Peyğəmbər övladı,Allahı mənə tanıtdır,de görüm o nədir? Mənim yanımda çox adamlar var ki,mənimlə mübahisə edərək məni heyrətə salırlar.
Həzrət buyurdu :Ey Allahın bəndəsi! Heç gəmiyə minmisənmi?
Dedi :Bəli.
Həzrət buyurdu :Gəmi xarab olubmu və bu zaman nə sənə nicat verə biləcək gəminin,nə də sənə fayda verəcək bir üzməyin olmadığı bir vəziyyətlə qarşılaşmısanmı?
Dedi:Bəli
Həzrət buyurdu :Həmin halda qəlbin və ruhun qadir və qüdrət sahibi olan bir varlığa bağlanıbdırmı ki,səni o vəziyyətdən xilas edəcəyinə ümidin olsun?
Dedi :Bəli.
Həzrət buyurdu :Sənin nəzərdə tutduğun o varlıq həmin Allahdır ki,nicat verməyə qadirdir.Nicat verən bir şəxsin və köməkçinin olmadığı bir yerdə nəzərdə tutduğun şəxs Allah (təala) -dır.


Biharul-ənvar,c.3,səh.41


https//t.me//Allahi_xatirla